Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ağrı °C

Moskvada azərbaycanlıların Rusiya neft-qaz sənayesinə töhfələrindən bəhs edilib

Moskvada azərbaycanlıların Rusiya neft-qaz sənayesinə töhfələrindən bəhs edilib
REKLAM ALANI
23.11.2023
A+
A-

 

 

 

 

Moskvada azərbaycanlıların Rusiya neft-qaz sənayesinə töhfələrindən bəhs edilib

, 2023

Moskvada azərbaycanlıların Rusiya neft-qaz sənayesinə töhfələrindən bəhs edilib

 

 

 

Moskva şəhərində yerləşən Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində “Neft-qaz sənayesinin formalaşması və inkişafı – Rusiya və Azərbaycan alim və mütəxəssislərinin töhfəsi” mövzusunda beynəlxalq elmi-konfrans keçirilib.

 

 

 

 

Konfrans zalında anadan olmasının 100 illiyi münasibətilə ümummilli lider Heydər Əliyevin portreti, dahi şəxsiyyətin “Rusiya ilə Azərbaycan arasında münasibətlər daha yaxşı, daha geniş və səmərəli olmalıdır” fikrini əks etdirən şüar, habelə tanınmış neftçi Fərman Salmanovun portreti nümayiş etdirilib.

 

 

 

 

Azərbaycan Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun, Rusiya Elmlər Akademiyası Neft və Qaz Problemləri İnstitutunun, Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin və “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə iki ölkənin aparıcı neft-qaz institutlarının və ali məktəblərinin alimləri, mütəxəssisləri, tanınmış ictimai xadimlər, eləcə də tələbələr iştirak ediblər. Qonaqlar arasında AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov, Neft və Qaz İnstitutunun direktor müavini professor Vaqif Qurbanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Orxan Hacıyev, SOCAR-ın Rusiyadakı nümayəndəliyinin baş direktoru Rüfət Mahmud və başqaları olub.

 

 

 

 

Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiri, professor Vaqif Kərimovun moderatorluğu ilə keçirilən konfransı rektor Yuri Panov açıb. Konfransın gedişində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, SOCAR prezidenti Rövşən Nəcəfin adından konfrans iştirakçılarına təbrik məktubları oxunub. Rusiya Elmlər Akademiyasının baş elmi katibinin müavini, N.K.Baybakov adına Fondun elmi direktoru, professor Aleksey Lyubimov, Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru Dilican Mirzəyev, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədr müavini Həşim Məmmədov və başqaları çıxışlarında quruda və dənizdə neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı, işlənməsi, qazılması, habelə emalı, nəqli və neft maşınqayırması sahəsində Rusiya və Azərbaycan alimlərinin birgə fəaliyyətini əhatə edən müxtəlif mövzulardan bəhs ediblər.

 

 

 

 

Konfransın ikinci bölməsi Heydər Əliyev Fondunun dəstəyi ilə 13 oktyabr 2021-ci il tarixində universitetdə açılmış Fərman Salmanov adına 513 saylı auditoriyada keçirilib.

Tədbir çərçivəsində “Qarabağ” rəqs ansamblının ifasında “Azərbaycan” rəqsi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/moskvada-azerbaycanlilarin-qonsu-olkenin-neft-qaz-senayesine-tohfelerinden-behs-edilib-3833

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.