Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ağrı °C

Diasporumuz Aktauda beynəlxalq forumun təşkilində fəal iştirak edib

Diasporumuz Aktauda beynəlxalq forumun təşkilində fəal iştirak edib
REKLAM ALANI
22.07.2023
A+
A-

 

 

 

Diasporumuz Aktauda beynəlxalq forumun təşkilində fəal iştirak edib

, 2023

Diasporumuz Aktauda beynəlxalq forumun təşkilində fəal iştirak edib

 

 

 

 

 

 

Qazaxıstanın Manqistau vilayətinin Aktau şəhərində “Bakı Yay Enerji Məktəbi –2023” proqramı çərçivəsində beynəlxalq forum keçirilib.

 

 

 

 

Forum 9-12 iyul tarixində “Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Dostluq” Etnomədəni Birliyinin, Azərbaycanın Aktaudakı Baş Konsulluğunun, ADA Universitetinin və Mangistau vilayətinin akimliyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

 

 

 

İlk dəfə Aktau şəhərində təşkil olunmuş tədbirdə Azərbaycan, Türkiyə, ABŞ, İspaniya, İtaliya, Nigeriya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Yaponiya, Çin, Macarıstan, Bolqarıstan və Çexiyanı 67 iştirakçı təmsil edib. Onların arasında enerji şirkətlərinin mütəxəssisləri, müxtəlif dövlət qurumlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qulluqçuları, o cümlədən enerji və ekoloji problemləri öyrənən alimlər, jurnalistlər və aspirantlar olub.

 

 

 

 

Üç gün ərzində forum iştirakçıları Mangistau vilayətinin enerji sahəsindəki potensialı ilə tanış olublar.

Qeyd edək ki, “Bakı Yay Enerji Məktəbi” enerji və ekoloji problemlərin, o cümlədən Xəzər dənizinin problemlərinin hərtərəfli öyrənilməsi proqramıdır. Ənənəvi olaraq hər il dünyanın hər yerindən məşhur alimlər, siyasətçilər və mütəxəssislər bu proqram üzrə bir araya gəlir. Bu il Yay Məktəbinin formatında dəyişikliklər edildiyi üçün proqram iştirakçıları ilk dəfə Aktau şəhərində görüşüblər.

 

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/diasporumuz-aktauda-beynelxalq-forumun-teskilinde-feal-istirak-edib-3243

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.