Belqradda Serbiya-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi konsertlə qeyd olunub
Belqrad şəhərindəki “Madlenianum” Opera Teatrında Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib.
📌 https://t.co/8kCMK9MjON pic.twitter.com/F57iZoTGBS
— Azerbaijani Diaspora (@DiasporaAz) December 15, 2022
Belqradda Serbiya-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi konsertlə qeyd olunub
15 dekabr, 2022

Azərbaycanın Serbiyadakı səfirliyinin və Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan konsertdə dövlət rəsmiləri, mədəniyyət xadimləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Qonaqları salamlayan Azərbaycanın Serbiyadakı sədiri Kamil Xasıyev bildirib ki, ötən 25 ildə ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və Serbiya Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında sənəd imzalayan 12 Avropa ölkəsindən biridir. Bu münasibətlərin Azərbaycan və Serbiya dövlət
başçılarının siyasi iradəsi və ardıcıl səyləri ilə mövcud olduğuna diqqət cəlb edilib. Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfərini xatırladan səfir qeyd edib ki, dövlət başçımızın Serbiya Prezidenti Aleksandar Vuçiçlə imzaladığı birgə Bəyanat, iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılmasına dair Memorandum və Şuranın Əsasnaməsi, habelə müxtəlif sahələrdə imzalanan əməkdaşlıq sənədləri əlaqələrimizin yüksələn xətlə inkişafında mühüm əhəmiyyət kəsb edir.
Sonra konsertdə Azərbaycan və Serbiya sənətkarları – Müslüm Maqomayev adına Dövlət Filarmoniya Teatrının və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri Elnur Süleymanov və Günel Allahyarova, beynəlxalq müsabiqələr laureatı pianoçu Fəqan Həsənli, “Milli Teatrın Möhürü” mükafatının laureatı Jasmina Trumbetaş, dirijor Dzordze Stankoviç, skripka ifaçısı Marko Yosifoski, yerli və beynəlxalq müsabiqələr laureatı pianoçu Mina Ristiç və BRAS Belqrad musiqi ansamblı çıxış ediblər.
Elnur Süleymanovla Günel Allahyarovanın milli geyimlərimizdə “Uzundərə”, “Naz eləmə”, “Sarı gəlin” rəqslərimizi ifa etməsi, səhnədəki iri monitorda Azərbaycanın mədəni irsinin, Qarabağın, Şuşanın, Bakının görüntülərinin və fotolarının nümayiş etdirilməsi tamaşaçılarda maraq və rəğbət doğurub.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
kaynak:http://diaspor.gov.az/az/news-detail/belqradda-serbiya-azerbaycan-diplomatik-elaqelerinin-25-illiyi-konsertle-qeyd-olunub-2072