Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ağrı °C

Azərbaycanlı döyüşçü “UFC Fight Night 209”dakı ilk döyüşünü parlaq qələbə ilə başa vurub

Azərbaycanlı döyüşçü “UFC Fight Night 209”dakı ilk döyüşünü parlaq qələbə ilə başa vurub
REKLAM ALANI
21.02.2023
A+
A-

 

 

 

Azərbaycanlı döyüşçü “UFC Fight Night 209”dakı ilk döyüşünü parlaq qələbə ilə başa vurub
20 fevral, 2023
Azərbaycanlı döyüşçü “UFC Fight Night 209”dakı ilk döyüşünü parlaq qələbə ilə başa vurub
ABŞ-da yaşayan azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov qarışıq döyüş növləri üzrə ən nüfuzlu idman təşkilatı olan “Ultimate Fighting Championship”də (UFC) keçirdiyi ilk döyüşündə parlaq qələbə qazanıb.

“UFC Fight Night 209”dakı rəqibi amerikalı Evan Elderlə qarşılaşan soydaşımız döyüşü üçüncü raundu texniki nokautla başa vurub. Yüngül çəkidə (70 kq) mübarizə aparan döyüşçümüzün zərbəsi nəticəsində amerikalı rəqibin üzündə dərin kəsik yaranıb və hakim döyüşü dayandırıb.

Bu, 28 yaşlı Nazim Sadıxovun peşəkar karyerasında 9-cu döyüş olub. İndiyədək keçirdiyi görüşlərdə 8 qələbə qazanıb, 1 məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, UFC (Mütləq Döyüş Çempionatı) idman təşkilatına daxil olmamışdan əvvəl soydaşımız UFC prezidenti Dana Uaytın “Contender Series”də seçmə oyunu keçirib. Ötən ilin avqustunda o, əfqan Əhməd Suhail Həsənzadəni nokautla məğlub edib.

Nazim Sadıxov 6 yaşı olanda ailəsi ilə birlikdə Bakıdan ABŞ-ın Nyu-York şəhərinə köçüb. Bruklində böyüyən soydaşımız uşaq yaşlarından karate, daha sonra MMA ilə məşğul olub. ABŞ-da qazandığı bütün qələbələrini tarixi vətəni Azərbaycana həsr edən soydaşımız hər yarışın sonunda üçrəngli bayrağımızı dalğalandırır.

Diaspor üzvləri ilə işğaldan azad olunmuş Şuşaya da səfər edən Nazim Sadıxov və Elgün Xanoğlanlı öz fəaliyyətləri barədə ətraflı danışıb, müxtəlif arenalarda şanlı Azərbaycan bayrağını dalğalandırmaqdan qürur duyduqlarını bir daha ifadə etmişdilər.

Diasporla İş üzrə Dövlət Komitəsi növbəti parlaq qələbə qazanması münasibətilə Nazim Sadıxovu səmimi-qəlbdən təbrik edir, gələcək karyerasında davamlı uğurlar əldə etməyi arzulayır.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanli-doyuscu-ufc-fight-night-209-daki-ilk-doyusunu-parlaq-qelebe-ile-basa-vurub-2409

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.