
“Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası”nın 10 illik yubileyi qeyd olunub
2 aprel, 2025
“Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası”nın 10 illik yubileyi qeyd olunub
Avstraliya İttifaqının Melburn şəhərində “Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası”nın 10 illik yubileyinə və Novruz bayramına həsr edilmiş tədbir keçirilib.
https://x.com/DiasporaAz/status/1907357863145607393
Tədbirdə Melburn şəhərində yaşayan quzeyli – güneyli azərbaycanlılarla yanaşı, xarici qonaqlar, Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Avstraliyanın Leyboristlər Partiyasının üzvü, millət vəkili Natali Süleyman, Viktoriya Multikulturalizm Komissiyasının komissarı Silvia Komb və başqaları iştirak ediblər.
https://x.com/DiasporaAz/status/1907357863145607393
Çıxışçılar “Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası”nın fəaliyyətindən bəhs edib, ötən 10 ildə soydaşlarımızın təşkilatlanması, Vətənə bağlılıqlarının qorunması, Azərbaycan həqiqətlərinin təbliği üçün gördüyü işləri diqqətə çatdırıblar. Bu cür tədbirlərin Avstraliyadakı Azərbaycan icmasının birliyini möhkəmləndirdiyi, eyni zamanda mədəni irsimizi geniş ictimaiyyətə tanıtmaq üçün gözəl fürsət yaratdığı bildirilib.
Həmçinin, Novruz bayramının Azərbaycan mədəniyyətində, milli irsimizdə oynadığı əhəmiyyətli rol vurğulanıb, bu bayramın əsrlər boyu xalqımızı birləşdirdiyi, həmrəylik və yenilənmə rəmzi olduğu qeyd edilib, Avstraliyada yaşayan azərbaycanlılar üçün milli dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.
Tədbirdə AYTAY musiqi qrupu, Əməkdar artist Sevinc Hüseynli, rəqqaslar Reza Xodayari və Məhsa Qənbəri Azərbaycan musiqisini və milli rəqslərimizi ifa ediblər.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1907357863145607393
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/viktoriya-azerbaycan-medeniyyet-assosiasiyasi-nin-10-illik-yubileyi-qeyd-olunub-5685
https://x.com/DiasporaAz/status/1907357863145607393

«Единая Россия» провела урок мужества для школьников ХМАО

Birleşik Rusya Kadın Hareketi’nin SVO katılımcılarının annelerini ve eşlerini destekleme projesi İvanovo’da başlatıldı

В Волгограде подвели итоги проекта «Единой России» «СВОй бизнес»

При поддержке «Единой России» на фасадах школ в Северной Осетии появляются новые портреты знаменитых земляков

Saransk’ta, Metalurji Günü arifesinde Birleşik Rusya üyeleri bölgenin önde gelen metalurji işletmelerini ziyaret etti

В Москве состоялся молодёжный турнир по киберспорту среди сторонников «Единой России»