Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ağrı °C

Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb
REKLAM ALANI
08.12.2023
A+
A-

Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

8 dekabr, 2023

 

 

 

 

Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

 

 

 

Azərbaycandan Türkiyəyə göndərilən 2 tır humanitar yardım Kahramanmaraş bölgəsinə çatıb.

 

 

 

 

Yardımın təqdimetmə mərasimində iştirak etmək üçün Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev və içraçı direktorun müavini Şahin Camalov Kahramanmaraşa səfər ediblər. İçərisində yorğan, adyal, kondisioner, isidici və yemək bişirmək üçün sobalardan ibarət olan 2 tır Kahramanmaraş rayon Afet ve Acil Durum (AFAD) Müdürlüyünə təqdim olunub.

 

 

 

Səfər çərçivəsində AFAD başqan yardımcısı Hamza Taşdelen, Kahramanmaraş valisinin müavini Emre Cebeci, AFAD Kahramanmaraş il müdiri Tayfun Temur, müdirliyin əməkdaşları və zəlzələdən əziyyət çəkmiş yerli sakinlərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan AFAD başqan yardımcısı Hamza Taşdelen Azərbaycan dövlətinin zəlzələdən dərhal sonra ilk yardıma gələn dövlətlərdən olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman Türkiyə xalqının yanında olduğunu qeyd edib və göndərilən yardımlar haqqında məlumat verib. Türkiyə Cümhuriyyətinin köməyinə ilk gəlib çatan və son tərk edən xilasedicilərin də məhz Azərbaycandan olduğunu qürur hissi ilə qeyd edən H.Taşdelen Azərbaycan xalqına və ölkə rəhbərliyinə öz təşəkkürünü bildirib.

 

 

 

Diasporla İş Üzrə Dövlət Komitəsi sədrinin I müavini Valeh Hacıyev bildirib ki, yardım kampaniyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarının icrası istiqamətində görülən işlərin bir hissəsidir. Bu sahədə fəaliyyət göstərən bütün dövlət qurumları, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyənin yanında olmaqda davam edəcək.

Xatırladaq ki, Azərbaycan hökumətinin dəstəyi ilə ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərər çəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı, avqust ayında isə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Hatay və ətraf bölgələrdə 1-ci sinfə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət humanitar yardım göndərib.

 

 

 

 

ADDF tərəfindən göndərilən yardımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin həyatlarının yüngülləşdirilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/turkiyeye-gonderilen-humanitar-yardim-kahramanmarasa-catib-3914

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.