
17 aprel, 2025
Müxtəlif ölkələrdəki Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib
Aprelin 6-da və 7-də Ağdam, Cəbrayıl rayonlarında mina partlayışlarının baş verməsinə, nəticədə bir hərbçimizin həlak olmasına, dörd mülki şəxsin, o cümlədən azyaşlı uşaqların müxtəlif dərəcəli bədən xəsarətləri almasına müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporu biganə qalmayıb.
https://x.com/DiasporaAz/status/1912853489962656038
ABŞ-də Amerika Azərbaycan İnteqrasiya Mərkəzi, Amerika Azərbaycan Gənclər Federasiyası, İngiltərədə Britaniya Azərbaycanlıları Cəmiyyəti, London İmperial Kollecinin Azərbaycan Tələbə Cəmiyyəti, Şotlandiyada Qlazqo Azərbaycan Tələbə Cəmiyyəti, Kanadada “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Cəmiyyəti, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi etiraz məktublarının göndərilməsində fəal iştirak edib.
https://x.com/DiasporaAz/status/1912853489962656038
Etiraz məktubları Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Mina Məsləhət Qrupu, Birləşmiş Millətlər Təşkilatının Minalarla Mübarizə Xidməti, Beynəlxalq Amnistiya Təşkilatı, “Human Rights Watch”, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi, BMT-nin İnkişaf Proqramı, İnsan Hüquqları Müdafiəçiləri Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlara, eləcə də Kanada Birləşmiş Millətlər Assosiasiyası, Böyük Britaniya İcmalar Palatasının üzvlərinə ünvanlanıb.
Etiraz məktublarında Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış mina və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam etdiyi bildirilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması nəticəsində faciələrin mütəmadi təkrarlanması, mina xəritələrinin verilməməsi hiddətlə pislənilib. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiqlər göstərməyə və qətiyyətli addımlar atmağa çağırılıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1912853489962656038
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/muxtelif-olkelerdeki-azerbaycan-diasporu-ermenilerin-mina-terroruna-etiraz-edib-5733
https://x.com/DiasporaAz/status/1912853489962656038

Владимир Якушев оценил подготовку ИТ-специалистов в Костроме

Birleşik Rusya, SVO katılımcılarının aileleri için Murmansk’taki şekerleme dükkanlarına bir tur düzenledi

Минфин: Финансирование народной программы «Единой России» и социальной поддержки сохранится в полном объёме

Birleşik Rusya, SVO katılımcılarının emeklilik garantilerine ilişkin Devlet Duması’na değişiklikler sundu

Political Consultations Between the Republic of Tajikistan and the State of Qatar

Ко Дню российской почты «Единая Россия» провела тематические мероприятия в регионах