Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ağrı °C

Kembricdə Azərbaycan mədəniyyəti və rəsqlərinin təbliği ilə bağlı maraqlı layihənin icrasına başlanıb

Kembricdə Azərbaycan mədəniyyəti və rəsqlərinin təbliği ilə bağlı maraqlı layihənin icrasına başlanıb
REKLAM ALANI
12.06.2023
A+
A-

Kembricdə Azərbaycan mədəniyyəti və rəsqlərinin təbliği ilə bağlı maraqlı layihənin icrasına başlanıb
12 iyun, 2023

 

 

 

 

Kembricdə Azərbaycan mədəniyyəti və rəsqlərinin təbliği ilə bağlı maraqlı layihənin icrasına başlanıb

 

 

 

 

Böyük Britaniyada “Kembric şəhərində Azərbaycan mədəniyyətinin təbliğ olunması və milli rəqs günlərinin keçirilməsi” layihəsinə start verilib.

 

 

 

 

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi və “Azərbaycan Rəqsləri – Kembric BK” (Azerbaijani Dance – Cambridge UK) dərnəyinin təşkilatçılığı ilə Trampinqton pavilyonunda baş tutan ilk dərsdə təkcə soydaşlarımız deyil, həm də Azərbaycana dost münasibəti bəsləyən yerli sakinlər və digər icmaların nümayəndələri iştirak ediblər.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan layihə rəhbəri – Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tanınmış nümayəndələrindən biri, görkəmli ədib, maarifçi, publisist və ictimai-siyasi xadim, “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi Ömər Faiq Nemanzadənin Kembricdə yaşayan nəticəsi Ülviyyə Pepinova Azərbaycan mədəniyyətinin və milli rəqslərimizin təbliğinə yönəlmiş layihə barədə məlumat verib və bu maraqlı təşəbbüsü dəstəklədiyinə görə ADDF-ə minnətdarlığını bildirib.

İlk dərsdə xoreoqraf Səkinə Muxtarlı yetirmələrinə “Qarabağ Yallısı” rəqsini öyrədib. Onun həyat yoldaşı Babək Ateş isə musiqi müşayiətini həyata keçirib. Dərsin sonunda milli geyimli Səkinə xanımın ifasında Azərbaycanın “Tərəkəmə” rəqsinin nümayiş etdirilməsi soydaşlarımız və qonaqlar tərəfindən böyük heyranlıqla qarşılanıb.

 

 

 

Ülviyyə Pepinova bilirib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən ustad dərsləri sentyabr ayından etibarən ayda bir dəfə keçiriləcək. Bu layihənin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulub.

 

 

 

 

Ustad dərslərinin iştirakçıları həm də Azərbaycanın ənənəvi çay süfrəsinə qonaq ediliblər. “Azərbaycan Rəqsləri – Kembric BK” dərnəyinin dəvət proqramında ölkəmizdəki zəngin çay süfrəsi ənənələri barədə ətraflı məlumat da yer alıb.

 

 

 

 

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə layihə çərçivəsində yaradılmış Azərbaycan guşəsində ölkəmizi və mədəniyyətimizi əks etdirən kitablar, broşürlər, suvenirlər və digər nümunələr təqdim edilib. Bu guşə layihə iştirakçılarında maraq doğurub.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kembricde-azerbaycan-medeniyyeti-ve-resqlerinin-tebligi-ile-bagli-maraqli-layihenin-icrasina-baslanib-3097

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.