Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ağrı °C

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblə

REKLAM ALANI
29.01.2022
A+
A-

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Müraciətlər araşdırılıb, bu massivlərdə uşaqların və məktəblilərin təhsil ala biləcəyi məktəb və məktəbəqədər müəssisələrin olmadığı müəyyən edilib. Bu səbəbdən 2020-2021-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub.

Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazi abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilib, həmçinin istirahət parkı salınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış oldular.

Bildirildi ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.

Binə qəsəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib.

Bağça ilə tanış olan dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Uşaq bağçası zəruri mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı ərazidə oyun və idman meydançası da salınıb.

Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib.

Onu da qeyd edək ki, elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Fondun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.

kaynak:https://president.az/az/articles/view/55305