Avropa Azərbaycan Mərkəzindən beynəlxalq təşkilatlara bəyanat
2025
Avropa Azərbaycan Mərkəzindən beynəlxalq təşkilatlara bəyanat
Almaniya Azərbaycanlıları Alyansının İdarə heyətinin üzvü, Münsterdə fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin rəhbəri Zaur Əliyev 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
https://x.com/DiasporaAz/status/1914548284791595036
Bəyanatda beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi mədəni irsin qorunmasının vacibliyi qeyd edilib və bu sahədə baş verən ciddi pozuntuların beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalı olduğu xatırladılıb. Ermənistanın 30 il ərzində Azərbaycanın işğal altında qalan ərazilərində törətdiyi vandalizm aktlarının təkcə siyasi deyil, həm də mədəni soyqırımı olduğu əlavə edilib.
https://x.com/DiasporaAz/status/1914548284791595036
Xocalı rayonunun Pirlər kəndində yerləşən, xüsusi qoruma rejiminə malik qədim alban məbədinin hərbi məqsədlər üçün istifadə olunduğu diqqətə çatdırılıb. Bu tarixi abidənin qəsdən dağıdılması, daxilində gizli otaqlar qazılaraq silah-sursat anbarına çevrilməsi Cenevrə və 1954-cü il Haaqa Konvensiyalarının müddəalarının açıq şəkildə pozulması, beynəlxalq humanitar hüququn ciddi şəkildə tapdanması kimi qiymətləndirilib.
https://x.com/DiasporaAz/status/1914548284791595036
Bəyanatda, həmçinin Ermənistanın dini abidələri hərbi məqsədlər üçün alət seçməklə, Azərbaycanın bu cür obyektlərə qarşı həssas yanaşmasından sui-istifadə etdiyi yazılıb. Sonradan isə həmin abidələrə dəyən ziyanı saxtalaşdıraraq, Azərbaycanı qərəzli şəkildə ittiham etdikləri və bunun da beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşıdıqları vurğulanıb.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 437 tarixi abidənin zədələndiyi, 68-nin tamamilə məhv edildiyi, 114-nün isə ciddi zərər gördüyünü nəzərə almaqla, ümumilikdə 700 milyon manatdan artıq zərərin dəydiyi bildirilib.
https://x.com/DiasporaAz/status/1914548284791595036
Sonda Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyi vurğulanaraq, UNESCO, ICOMOS və digər beynəlxalq təşkilatlar mədəni irsin qorunması sahəsində daha prinsipial və fəal mövqe nümayiş etdirməyə çağırılıb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/avropa-azerbaycan-merkezinden-beynelxalq-teskilatlara-beyanat-5742
https://x.com/DiasporaAz/status/1914548284791595036
PROFESYONEL GAYRİMENKUL İZMİR URLA VE ÇANAKKALE BİGA VE GAZİANTEP`DEN MEHMET TAŞ`DAN MEVLANA HAFTASI MESAJI
Birleşik Rusya Genç Muhafızları, Vatan Kahramanları Günü’nü kutlamak için ülke genelinde etkinlikler düzenledi
Adoption of the Periodic Report of the Republic of Tajikistan on the Implementation of the 2003 Convention for the Safeguarding of the Intangible Cultural Heritage and the Current Status of the Elements Inscribed on UNESCO’s Representative List
Tbilisidə III Respublika Gimnastika Festivalı keçirilib
Bratsk’taki bir okul Birleşik Rusya halk programı kapsamında yenilendi
İnsani yardımdan altyapı restorasyonuna: Birleşik Rusya, Herson bölgesinde üç yıllık çalışmanın ara sonuçları hakkında