Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dövlət Komitəsində olub
Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dövlət Komitəsində olub
📌 https://t.co/vG7tQllURm pic.twitter.com/PRk6OQ1XEz
— Azerbaijani Diaspora (@DiasporaAz) December 1, 2022
Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dövlət Komitəsində olub
2022
Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dövlət Komitəsində olub
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Amerika Yəhudi Komitəsinin (AJC) Rusiya və Avrasiya üzrə direktoru Samuel Kliger, “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov və Nyu-Yorkda yaşayan iş adamı Mikayıl Davidovla görüşü keçirilib.
Qonaqları salamlayan Komitə sədri dövlətimizin İsraillə dostluq və əməkdaşlıq münasibətlərinə, dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan yəhudi icmasının fəaliyyətinə xüsusi önəm verdiyini bildirib, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.
Komitə ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Samul Kliger Azərbaycan üçün vacib olan məsələlərdə ölkəmizin yanında olduqlarını, xalqımızın Qarabağdakı Zəfəri ilə qürur duyduqlarını, Prezident İlham Əliyevin İsraildə (Təl-Əviv şəhərində) Azərbaycan səfirliyinin fəaliyyətinin təmin olunması barədə 26 noyabr 2022-ci il tarixli Sərəncamını AJC-nin yeni icraçı direktoru Ted Deutchun böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladığını bildirib.
“Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov bildirib ki, ABŞ-da yaşayan yəhudilər Azərbaycanın haqq səsini çatdırmaq, ölkəmizdə baş verən proseslərin ayrılmaz hissəsi olduqlarını göstərmək naminə ciddi səylər göstərirlər. “Bu, xüsusən də Vətən müharibəsi dövründə qabarıq hiss etdirildi. Biz Azərbaycanla bağlı məsələlərdən kənarda qala bilmərik. Çünki özümüzü hər zaman azərbaycanlı hiss edirik”, – deyə həmvətənimiz əlavə edib.
Yəhudilərin Azərbaycan sevgisinə Mikayıl Davidovun fəaliyyəti nümunə olaraq göstərilib. Qeyd edilib ki, 1990-cı illərdə Azərbaycan haqqında ABŞ-da çox məhdud məlumatın olduğu bir dövrdə Azərbaycandan gələn gənc yəhudi olaraq Mikayıl Davidov Bakıdakı 20 Yanvar faciəsinə görə BMT-nin iqamətgahı önündə etiraz aksiyası təşkil edib.
Sonra “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin təşəbbüsü ilə azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə töhfə kimi nəzərdə tutulan ekoloji layihədən söz açılıb.
Görüşdə iştirak edən Milli Məclisin üzvü, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Anatoli Rafailov təşəbbüsü çox bəyəndiyini bildirib.
Sonra Azərbaycan diasporunun və AJC-nin birgə fəaliyyətinə və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Komitə sədri AJC-nin yeni prezidentini və icraçı direktorunu Azərbaycana səfərə dəvət edib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
kaynak:http://diaspor.gov.az/az/news-detail/amerika-yehudi-komitesinin-numayende-heyeti-dovlet-komitesinde-olub-2022
Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dövlət Komitəsində olub
📌 https://t.co/vG7tQllURm pic.twitter.com/PRk6OQ1XEz
— Azerbaijani Diaspora (@DiasporaAz) December 1, 2022