Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Ağrı °C

Millət vəkili Məşhur Məmmədov, “Tarixi ədaləti bərpa edən möhtəşəm Zəfər yolu”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov,
“Tarixi ədaləti bərpa edən möhtəşəm Zəfər yolu”, ÖZEL.

Millət vəkili Məşhur Məmmədov, “Tarixi ədaləti bərpa edən möhtəşəm Zəfər yolu”, ÖZEL
REKLAM ALANI
09.11.2024
A+
A-

Millət vəkili Məşhur Məmmədov,
“Tarixi ədaləti bərpa edən möhtəşəm Zəfər yolu”, ÖZEL

1453 Kral Medya – 9 Kasım/ Türkiye

Millet vekili Meşhur Memmedov,

2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.

Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Şuşa Zəfəri Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Bu, yalnız hərbi gücün Qələbəsi deyil, həm də Azərbaycan xalqının milli kimliyini və öz torpağına olan sevgisini təsdiqləyən bir hadisədir. Şuşanın azad edilməsi Azərbaycan xalqının əzmini, Vətənə bağlılığını və tarixi ədalətin bərpası uğrunda olan mübarizəsini simvolizə edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhəri işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad edilməsi, xalqımız üçün həm mənəvi, həm də strateji bir əhəmiyyət kəsb edir. Bu Zəfər nəticəsində Qarabağ bölgəsində sülh və stabillik bərqərar olunub, Azərbaycan Ordusunun qəhrəmanlığı isə dünya səviyyəsində heyranlıqla izlənilib. Şuşanın azadlığı Azərbaycan xalqının birlik və həmrəyliyinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, ordumuzun peşəkarlığının və xalqımızın milli iradəsinin parlaq təcəssümüdür.

Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər yolu” adlandırıb.
Zəfərdən sonra Şuşa yenidən doğulur. Azərbaycan dövləti bu qədim şəhəri yenidən mədəniyyət və turizm mərkəzinə çevirmək üçün bərpa işlərinə start verib. Şuşada keçirilən mədəni tədbirlər, yenidən inşa olunan tarixi abidələr və bu şəhərə axın edən qonaqlar, Şuşanın yalnız bir şəhər deyil, milli bir dəyər olduğunu bir daha göstərir.

Bu Zəfər gələcək nəsillərə böyük örnəkdir. Şuşa Zəfəri ilə Azərbaycan xalqı sübut etdi ki, milli birliyimiz və Vətən sevgimiz olduğu müddətcə hər hansı bir çətinliyi dəf edə bilərik. Bu Qələbə Azərbaycan xalqının birliyi, gücü və iradəsinin əbədi rəmzi olaraq yaşayacaq və bizi gələcəyə doğru ruhlandıracaq. Şuşa Zəfəri ilə Azərbaycan həm regional, həm də qlobal səviyyədə öz gücünü və müstəqilliyini nümayiş etdirdi. Bu Qələbə bizim həm tariximiz, həm də gələcəyimiz üçün əbədi bir miras olaraq yaddaşlara həkk olunacaq.
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Cənab İlham Əliyevin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Xüsusən Silahlı Qüvvələrin fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz Lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı.

 

Ülker PİRİYEVA/AZERBAYCAN

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.